İstifadəçi Razılaşmasına Əlavə №4

Məxfilik Siyasəti

Bu məxfilik siyasəti (bundan sonra "Siyasət") tap.az Saytından İstifadəçi Razılaşmasının (bundan sonra "Razılaşma") ayrılmaz tərkib hissəsidir.

1. Predmet

1.1. Bu Siyasət İstifadəçinin fərdi məlumatlarının alınması, saxlanılması, işlənməsi, istifadəsi, açılması və mühafizəsi qaydalarını müəyyən edir.

1.2. İstifadəçilərin fərdi məlumat bazası Administrasiyanın internet ünvanı üzrə yerləşir.

1.3. Fərdi məlumatlar bazasının sərəncamçısı Administrasiyadır.

2. Fərdi məlumatların işlənilməsi

2.1. Fərdi məlumatların işlənilməsi dedikdə, fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların toplanması, istifadəsi, qeydiyyatı, yazılması, sistemləşdirilməsi, uyğunlaşdırılması, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutulur.

2.2. Fərdi məlumatların işlənilməsinin məqsədləri aşağıdakılardır:

2.2.1. Administrasiyanın xidmətlərindən istifadənin yaxşılaşması üçün statistik və analitik məlumatların alınması;

2.2.2. göstərilən xidmətlərin spektrinin genişləndirilməsi;

2.2.3. Saytın və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması (yeni imkanlar, aksiyalar və başqa xəbərlər haqqında xəbərdarlıq);

2.2.4. İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qarşısının alınması;

2.2.5. qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi.

3. İstifadəçinin məlumatlarının toplanması

3.1. İstifadəçinin fərdi məlumatları onun razılığı əsasında aşağıdakı hallarda toplana bilər:

3.1.1. Elanın dərc edilməsi üçün forma dolduran zaman;

3.1.2. İstifadəçi Sayta Giriş etməklə;

3.1.3. Göndərişlərə abunə yazılma zamanı;

3.1.4. Saytın İstifadəçilərinin sorğularının keçirilməsi zamanı;

3.1.5. Saytdan istifadənin başqa hallarında.

3.2. İstifadəçi Sayta özü haqqında fərdi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir, bununla da fərdi məlumatların və informasiyanın Administrasiya tərəfindən işlənməsinə, işlənməsi üçün onların Administrasiyanın tapşırığı ilə hərəkət edən başqa İstifadəçilərə və/və ya üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.

3.3. Sayt İstifadəçilər haqqında aşağıdakı informasiyaları toplayır:

3.3.1. Saytdan istifadə zamanı İstifadəçinin daxil etdiyi fərdi informasiyanı (İstifadəçinin adı və soyadı, elektron poçt ünvanı və şifrə, telefon nömrəsi, İstifadəçinin yerləşdiyi yer, həmçinin ünvanı daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq)

3.3.2. İstifadəçi sosial şəbəkənin profili vasitəsilə daxil olursa, Administrasiya, həmçinin belə sosial şəbəkənin profilində yerləşdirilmiş informasiyanı toplaya bilər. Sayt İstifadəçini İnternetdə İstifadəçinin məlumatlarının yayılması və dərc edilməsi üçün kanalla təmin edir və İstifadəçi ona verilmiş informasiyaya görə məsuliyyət daşıyır.

3.3.3. Sayta giriş zamanı proqram təminatı tərəfindən avtomatik toplanan texniki informasiya.

3.4. Administrasiya irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini dünyagörüşü, peşə, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət məsuliyyətinə cəlb olunma, həmçinin də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və işləmir.

3.5. Administrasiya Sayta aidiyyəti olmayan üçüncü şəxslərə İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa məlumatları ötürmür. İstifadəçinin belə məlumatların ötürülməsinə icazə verməsi halında və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda məlumatların ötürülməsi istisna olunur.

3.6. Administrasiya bəzi hallarda bəzi məlumatları onunla əməkdaşlıq edən və ya Administrasiya ilə bağlı olan şəxslərə ötürə bilər.

3.7. Administrasiya Saytdan istifadə prosesində İstifadəçilər tərəfindən verilmiş informasiyanı və fərdi məlumatları satmır və icarəyə vermir.

3.8. İstifadəçilər arasında qarşılıqlı təsiri azaltmaq üçün Administrasiya İstifadəçinin əlaqə məlumatlarına girişi məhdudlaşdırmaq hüququna malikdir. Başqa istifadəçilər tərəfindən verilmiş məlumatlardan istifadə hüququ Razılaşma ilə məhdudlaşdırılır.

4. Tərəflərin hüquq və vəzifələri

İstifadəçinin hüquq və vəzifələri

4.1. Saytdan istifadə ilə əlaqədar başqa İstifadəçilər haqqında İstifadəçi tərəfindən alınmış bütün məlumatlar yalnız Əmtəə barəsində müqavilələrin icrasında istifadə edilə bilər.

4.2. Saytın İstifadəçisi onun Saytdan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.

4.3. Saytın İstifadəçisi başqa İstifadəçi tərəfindən verilmiş məlumatlardan, belə İstifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etmək hüququnun təsdiqi olmadan istifadə etməməyi öhdəsinə götürür.

4.4. İstifadəçiyə reklam göndərilməsi və ya arzu edilməyən başqa elektron xəbərlərin göndərilməsi məqsədləri üçün İstifadəçinin elektron ünvanından, telefon nömrəsindən istifadə etməyə, həmçinin başqa İstifadəçinin xəbəri və razılığı olmadan həyata keçirilmiş digər hərəkətlərə icazə verilmir.

Administrasiyanın hüquq və vəzifələri

4.5. Administrasiya İstifadəçinin fərdi məlumatlarının üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün tədbirləri görür.

4.6. Sayt tərəfindən toplanmış və işlənmiş bütün fərdi məlumatlar bir və ya bir neçə qorunan korporativ şəbəkədən kənarda giriş olmayan serverdə saxlanılır.

4.7. Saytın İstifadəçisi şəxsi məlumatlarının Saytdan silinməsinə sorğu göndərə bilər. Belə bir sorğu olduqda, onun haqqında toplanan bütün şəxsi məlumatlar silinəcək və gələcəkdə həmin məlumatlardan istifadə etməklə Sayta girişin təmin edilməsinə zəmanət verilməyəcək.

4.8. İstifadəçi haqqında şəxsi məlumatları silmək üçün [email protected] vasitəsilə Administrasiya ilə əlaqə saxlanılır.

4.9. İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.

5. Cookies, veb-mayaklar və bənzər texnologiyalar

5.1 Sayt informasiyanın saxlanılması üçün cookies fayllarından, veb-mayaklardan və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, Sayt xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.

5.2. Cookies – Saytdan alınmış elə məlumatlar ki, İstifadəçinin brauzerində saxlanılır, əgər İstifadəçi təkrar olaraq həmin məlumatlara baş çəkərsə, Sayta yollanır. Cookies faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq Saytdan istifadəni yüngülləşdirir. Cookies faylları özündə şəxsi məlumatları saxlamır.

5.3. Sayt tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin Cookies fayllarının İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir. Saytdan istifadəni davam edərək, İstifadəçi Sayta Cookies fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.

5.4. Veb mayaklar – veb xətaları və ya piksel teqləri kimi də tanınan veb mayakları veb səhifələrə və ya e-poçtlara daxil edilmiş kiçik, çox vaxt görünməz, qrafik şəkillər və ya kod parçalarıdır. Onlar istifadəçi fəaliyyətini izləmək və vebsayt ziyarətləri, e-poçt açılışları və istifadəçi qarşılıqlı əlaqələri haqqında məlumat toplamaq üçün istifadə olunur.

5.5. Bənzər texnologiyalar – brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies", "HTML 5 cookies" kimi texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.

5.6. Sayt Cookies və bənzər texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda qalan və Cookies, həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa bənzər texnologiyalardan istifadə edir. İstifadəçi belə Cookies və bənzər texnologiyaları bloklamaqda, silməkdə və ya kəsməkdə, əgər İstifadəçinin qurğusu buna icazə verirsə, haqlıdır.

5.7. Cookies və bənzər texnologiyalara icazə olunmamış girişin qarşısını almaq üçün Administrasiya bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Administrasiya zəmanət verir ki, yalnız Administrasiya və/və ya Sayt xidmətlərinin səlahiyyətli təchizatçıları Cookies məlumatlarına girişə malikdirlər.

5.8. Administrasiya Saytın uyğun olan xidmətlərinin İstifadəçiyə verilməsi, həmçinin də Saytın bilavasitə fəaliyyəti ilə bağlı başqa məqsədlər üçün xidmətlərin bəzi səlahiyyətli təchizatçılarından istifadə edir. Xidmətlərin belə təchizatçıları həmçinin Saytın (kənar Cookies) xidmətləri vasitəsilə Cookies-i İstifadəçinin qurğusunda yerləşdirə bilərlər. Onlar həmçinin başqa informasiyanı, məsələn, IP-ünvan və ya başqa eyniləşdiriciləri toplaya bilərlər.

5.9. Saytın yuxarıda göstərilmiş texnologiyalardan istifadə vasitəsilə toplayıb və saxladığı istənilən informasiyadan İstifadəçinin icazəsi ilə istifadə olunur.

5.10. İstifadəçi brauzerin və ya qurğunun parametrlərində Cookies-i idarə edə bilər. İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində " Cookies saxlamamaq" bəndində bayraqcığı qurmaq, həmçinin "Cookies təmizləmək" düyməsini basmaq lazımdır.

5.11. Sistemdə olan texniki xarakterli informasiya, məsələn, IP-ünvanlar, Sayt tərəfindən şəbəkə avadanlığının xidməti üçün, həmçinin statistik və başqa informasiyanın ümumiləşdirilməsi üçün istifadə olunur.

5.12. Administrasiya İstifadəçinin sistemə son girişinin məlumatlarını saxlayır.

6. Siyasətə dəyişikliklər edilməsi

6.1. Administrasiya Siyasətə birtərəfli qaydada dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər.

6.2. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Saytdan istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Saytdan istifadə etməyə davam edirsə, o razılaşır və bütün dəyişiklikləri və Siyasətin yeni redaksiyasını bütövlükdə qəbul edir.